MƏLUMATLARIN İSDTİFADƏSİ

Sizin məlumatlarınız nəcə istifadə edilə bilər?

Təqdim etdiyiniz məlumatların hər bir hissəsi Pasiyent Forumunun üzvləri və rəsmi tərəfdaşlar tərəfindən istifadə edilə bilər. Məlumatların istifadəsi qaydaları onların səciyyəsindən asılıdır və bu qayadalar aşağıda müəyyənləşdirilib. Nəzərinizdə saxlayın ki, nə qədər çox məlumatlarınızı təqdim etsəniz, bir o qədər də Sizin identifikasiya etmək mümkünlüyü artır.

 

Hüquqi şərtlər.

Üzvlər nəzərlərində saxlamalıdırlar ki, təqdim edilən məlumatlar (hətta hal-hazırda görünməyən olsa da) İcma və Tərəfdaşlarla paylaşıla bilər. Üzvlər öz sağlamlığı ilə bağlı informasiyanın paylaşılması üçün təşviq olunur, lakin nəzərlərində saxlamalıdır ki, təqdim etdikləri informasiyanın artması ilə bərabər onların tanınmasının mümkünlüyü də artır.

 

Paylaşılan İnformasiyanı kimlər istifadə edə bilir?

Paylaşılan İnformasiya PasiyentForumu icması tərəfindən cəmləşdirilmiş təcrübədən öyrənilməsi, onun Tərəfdaşları tərəfindən elmi və marketinq araşdırmaların aparılması və Forumun fəaliyyəti və xidmətlərin idarə edilməsini təmin edən qurumlar tərəfindən xidmətlərin idarə edilməsi və ya araşdırmaların aparılması üçün istifadə edilə bilər.

 

Hüquqi şərtlər.

Paylaşılan İnformasiya Üzvlərin profil səhifələri və cəmləşdirilmiş xülasələr vasitəsi ilə paylaşılır və PasiyentForumu-nun Üzvləri üçün də əlçatan olur. Bəzi hallarda, Paylaşılan İnformasiyanı PasiyentForumun üzvü olmayanlar da (“Qeyri-üzvlər”) görə bilir. Biz Paylaşılan İnformasiya-da müəyyən müalicə növünü qəbul edən pasiyentlərin sayı və ya müəyyən simptomu olan pasiyentlərin sayı kimi cəmləşdirilmiş informasiyanı təqdim edirik.

Ayrı-ayrı üzvlərin məlumatlara olan ehtiyacların ödənilməsindən başqa, PasiyentForumu və onun tərəfdaşları pasiyentlərin təcrübəsini öyrənərək və müalicə seçimini təkmilləşdirərək hamının sağlamlıq nəticələrinin yaxşılaşmasında maraqlıdır. Məsələn, bizi belə bir sualın cavabı maraqlandırır: “Müəyyən müalicə növü bir qrup pasiyentlərə digər qruplara nisbətən daha yaxşı təsir göstərirmi?”.

PasiyentForumu fərdi şəkildə paylaşılan məlumatları, həm də cəmləşdirilmiş icmalları ortaqlarına elmi və marketinq araşdırmaların aparılması üçün təqdim edə bilər. PasiyentForumu bu məlumatları paylaşanda (ödənişli və ya ödənişsiz) Üzvlərin identifikasiyasının (kimliyinin bilinməsi) mümkünlüyünü maksimum dərəcədə azaldır və məhdudlaşdırır.

PasiyentForumu eləcədə üzvlərinə vaxtaşırı şəxsi təcrübələrilə bağlı (o cümlədən mallar və xidmətlər barədə) olan sorğu suallarına cavab verməyə təklif edə bilər. Bu sorğularda iştirak məcburi deyil və sorğuda iştirak etməkdən imtina edən üzvlərin PasiyentForumunun digər üzvlərinin məlumatlarına əlçatanlığına təsir etmir.

PasiyentForumu eləcədə ayrı-ayrı üzvlərinə dərmanların arzu edilməyən təsirləri və təhlükəsi barədə məlumatı birbaşa Səhiyyə Nazirliyinə və digər dövlət qurumlarına və ya farmasevtik və biotexnoloji şirkətlərə təqdim edə bilər. Bu məlumatları təqdim edərək, PasiyentForumu pasiyentlərin kimliyini qətiyyən açıqlamır.

PasiyentForumu digər internet forumları və ya icmalar kimi “İctimai Forum”dur. İştirakçılar qəbul edir ki, Paylaşılan məlumat icmanın üzvləri tərəfindən məntiqə uyğun kombinasiyalar çərçivəsində onların şəxsiyyətini (kimliyini) müəyyən etmək imkanı yarada bilər. Misal üçün, çox nadir xəstəliyi olan insanın müəyyənləşdirilməsi, onun cinsi və yaşı müəyyən edilən halda asan ola bilər. Daha aydın desək, “İctimai Forum” o demək deyil ki, məlumatı üçüncü tərəf sərbəst istifadə edə bilər. Bizim İstifadəetmə Qaydalarımızdan kanar çıxan məlumatın istifadəsi qadağandır.