| VİDEODOKTOR-un PASİYENT FORUMU |
Daha yaxşı yaşamaq üçün burdan başlayın VideoDoktor-un Pasiyentlər Forumunda heçkəs yalqız qalmır. Sağlamlıq səyahətinizin hansı mərhələsində olduğunuzdan asılı olmayaraq, Sizdən əvvəl bu səyahəti uğurla keçmiş insanlara sual vermək, sualınıza cavab almaq üçün bu Forum təhlükəsiz bir yerdir. Pasiyentlər Forumun üzvləri müxtəlif xəstəliklər barəsində rahat müzakirə apara, bir birilərinin təcrübəsindən faydalana bilərlər.
Suallarınıza cavab əldə edin Sizi maraqlandıran xəstəlik və ya simptomlar barəsində soruşun, digər şəxslərdən simptomların daha yaxşı idarə edilməsini öyrənin və Sizin üçün effektiv ola biləcək müalicə imkanları haqqında məlumat alın.
Məsuliyyəti öz əllərinizə alın Səhhətinizdə olan dəyişikliklərin daha yaxşı izlənilməsi üçün səmərəli üsullardan istifadə edərək, məlumatlı olub qərar verməyi öyrənin.
Birlikdə sağalın Şəxsi təcrübənizi yeni diaqnoz qoyulmuş digər forum üzvləri ilə bölüşün və birlikdə yola davam edin.
Bizim əsas dəyərlərimiz Pasiyent birincidir! Üzvlərimiz bizimlə ən dəyərli məlumatları ilə bölüşür. Bizə etibar etdikləri və inandıqları üçün dərin fərəh və qürur hissi duyuruq. Pasiyent forumunun inkişafı, sağlamlıq və xəstəliklər haqda məlumatların genişlənməsi və forum üzvlərinin böyüməsi üçün əlimizdən gələni etməyə əsirgəməyəcəyik.
Səmimiyyət Biz inanırıq ki, sağlamlıq və xəstəliklərin idarə olunması haqqında məlumat ilə bölüşmək faydalıdır. Pasiyentlər öz təcrübələri ilə bölüşərək, real vəziyyəti ümumiləşdirilmiş qaydada bizim vasitəmizlə tibb işçilərinə və səhiyyə sektoruna çatdırmağa imkan yaradır. Bu isə, səhiyyə sistemində və tibb işçilərinin fəaliyyətində zəruri dəyişikliklərə təkan verir.
Səmimiyyət önəmlidir. Sağlamlıqla bağlı bir çox saytlarda Narahat etməmə qaydaları mövcuddur. Əslində biz də bu qaydalara riayət edirik. Lakin, Pasiyent Forumu olaraq, biz daha çox Səmimiyyət Fəlsəfə-si ilə fəxr edirik. Bu, ziddiyyətli səslənsə də, bizim fikrimizcə forumun fəaliyyətinin təməlidir. Ona görə ki, aldığınız səhiyyə xidmətləri ilə bağlı təcrübənizin və uğurlu və ya uğursuz nəticlərinizin digər pasiyentlərlə səmimi bölüşməyiniz bütöv icmaya, bütün pasiyentlərin naminədir. Nəyə görə? Ona görə ki, daha geniş miqyasda real məlumatlarla bölüşmə keyfiyyətin və klinik nəticələrin yaxşılaşmasına xidmət edir və daha geniş əməkdaşlığı mümkün edir. Yeni müalicə üsulları barədə məlumat əldə etmək daha asan olur. Pasiyent Forumu-nda biz insanları bir araya gətirmək və araşdırmaların aparılmasını sürətləndirməklə problemli sahələin yaxşılaşdırılmasına töhvə vermis olurug. Hal-hazırda səhiyyəyə aid olan məlumatların əksəriyyəti əlçatmazdır. Nəticədə, araşdırmalar və yeni effektiv müalicə üsullarının icadı və tətbiqi onillərlə ləngiyir. Pasiyentlər müalicə haqqında lazımi seçimin edilməsi üçün kifayət qədər məlumat əldə edə bilmir. Lakin bu elə olmamalıdır. Siz və minlərlə sizinkimi pasiyentlər öz məlumatları ilə bölüşən zamanı səhiyyə sistemini açıq edir, inkişaf və tərəqqi daha sürətlə baş verir. Siz oxşar sağlamlıq problemləri olan digər pasiyentlərlə müzakirə apardıqda, təcrübə ilə bölüşdükdə, daha məlumatlı və bilikli olursunuz və yeniliklər əldə edirsiniz. Daha məlumatlı olduqda isə müalicə həkiminizlə müzakirələrinizi daha hədəfli və səmərəli apara bilərsiniz. Pasiyent Forumu Sizə səhiyyədə əhəmiyyətli dəyişiklərin iştirakçısı olmağınıza imkan yaradır. Biz əminik ki, internet pasiyentlərin məlumatların böyük kütlə arasında yayılmasına imkan yaradaraq əvvəllər mümkün olmayan dərəcədə araşdırmaların aparılmasına yardımçı olur. Biz əminik ki, pasiyentlər öz məlumatları ilə digər pasiyentlər, həkimlər, pasiyentlərə qulluq edən şəxslər, tədqiqatçılar, əczaçılar və digərlərlə bölüşərək, onlara pasiyentlərin həyatını yaxşılaşdırmaq üçün yeni yanaşmalar fikirləşib təqdim etmələrini təkan verir. Siz kollektiv biliyin artmasına öz töhfənizi verməklə və bununla səhiyyə sisteminin təkmilləşməsinə yardımçı olmağınıza hazırsınızmı? |
