NARAHAT ETMƏMƏ (məxfilik) SİYASƏTİ

Mən öz hesabımı (profilim, akkauntum) bağlasam, nə baş verəcək?

Siz istənilən zaman hesabınızı bağlaya bilərsiniz. Pasiyent Forumu hesabınızın bağlanması günündən orda olan məlumatı tədqiqatlar və təhlillər üçün istifadə etməyəcək. Əgər istəsəniz, sizə aid məlumatın silinməsi üçün müraciət edə bilərsiniz. Əks təqdirdə, məlumat üç il ərzində sistemdə qalacaq və yalnız hesabınızın bağlanması tarixinədək aparılmış araşdırmaların tərkib hissəsi qalacaq.

 

Hüquqi şərtlər

İştirakçılar istənilən zaman bu xidmətin istifadəsindən imtina edə bilər. Əgər iştirakçı hesabını  bağlamağa qərar veribsə, PasiyentForumu həmin gündən onun şəxsi məlumatını göstərməyəcək. Lakin o, məlumatın pozulması üçün müraciət etməsə, məlumatlar 3 il ərzində sistemdə qalacaqdır. Nəzərə almaq lazımdır ki, paylaşdığınız məlumatlar hesabınızı bağladığınız tarixdən əvvəl aparılmış və aparılması başlanmış tədqiqatların tərkib hissəsi qalacaq. Araşdırmanın digər tədqiqatçılar tərəfindən nəzərdən keçirilməsi və əldə edilmiş nəticələrin təsdiqlənməsi elmi tədqiqatlar prosesinin mühüm hissəsidir. Bu praktikanı davam etmək üçün PasiyentForumu sizin paylaşdığınız məlumatları müvafiq qanunvericiliyə uyğun olaraq Azərbaycanda və digər ölkələrdə aparılan elmi təhlillər və tədqiqatlarda  istifadə edəcəkdir.

 

Hansı hallarda mənim məlumatlarım paylaşıla bilər?

Paylaşılan və paylaşılmayan, o cümlədən məxfi, şəxsi məlumatların digər hallarda istifadəsi mümkündür. Məsələn, iştirakçı böhran vəziyyətində olduğu üçün təcili olaraq onunla əlaqə saxlamaq ehtiyacı yarananda, habelə məhkəmə və ya digər hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi proses çərçivəsində bizdən məlumat tələb edilərsə.

 

Qanuni şərtlər

Yuxarıda göstərilməyən paylaşılan və paylaşılmayan, o cümlədən məxfi, şəxsi məlumatın açılması və istifadəsinə məcbur edən hallara aiddir:

  • Böhran vəziyyəti və ya digər oxşar hallarda PasiyentForumu-nun idarə heyyəti nümayəndəsinin birbaşa risk altında olan iştirakçı ilə təmasda olmaq zəruriyyəti yaranan hallarda (məs, iştirakçını risk altına salan məlumatlarda səhv).
  • PasiyentForumu iştirakçının məlumatı hüquqi prosesi aparan və ya digər səlahiyyətli orqanlar, o cümlədən təhlükəsizlik xidməti, prokurorluq mübahisəli məsələlərin aydınlaşdırılması, bizim sazişlərimizin (o cümlədən Məxfilik Siyasətiİstifadə Qaydalarının) təsdiq edilməsi, və ya bizim və ya üçüncü tərəfin hüquqi haqlarının qorunması məqsədilə açıqlana bilər.
  • PasiyentForumu  üzvlərinin məlumatları, o cümlədən açıq olanlar, məhdud qaydada açıqlanan, fərdi və platformadan istifadə haqqında məlumatlar Məxfiliyin Qorunması siyasətinə əməl edilməsi şərtilə üçüncü tərəflərlə paylaşıla bilər.

 

Hansı məxfilik çərçivələri mövcuddur?

İki məxfilik dərəcəsi mövcuddur: Yalnız Üzvlər və ictimayiət üçün. Yalnız Üzvlərlə istifadəçi adınızla əlaqəli paylaşılan məlumatları yalnız PasiyentForumu üzvləri görə bilər. İctimayiət üçün olan məlumatı həm üzv olmayan (axtarış yolları daxil olmaqla), həm də üzvlər görə bilər. Heç bir seçim Pasiyent Forumundan kənar kimsənin Sizinlə əlaqə yaratmasına imkan vermir.