![]() |
|
Kim mitral qapaq prolapsına görə əməliyyat olunub? - Çap Edilə Bilən Format +- Videodoktor forum (https://forum.videodoktor.az) +-- Forum: Əsas forum (https://forum.videodoktor.az/forumdisplay.php?fid=1) +--- Forum: Uşaq sağlamlığı (https://forum.videodoktor.az/forumdisplay.php?fid=3) +--- Mövzu: Kim mitral qapaq prolapsına görə əməliyyat olunub? (/showthread.php?tid=36) |
Kim mitral qapaq prolapsına görə əməliyyat olunub? - drnabilseyidov - 11-06-2024 Mitral qapaq prolapsı (MQP) əksər hallarda insanlarda zərərsiz olan ürəyin mitral qapaq xəstəliyinin bir növüdür. Lakin ciddi mitral qapaq çatışmazlığına səbəb olursa, mitral prolaps həyat üçün təhlükə yarada bilər. Şiddətli regurgitasiyası (qanın ürəyin Sol mədəcik adlanan kamerasından geriyə Sol qulaqcığa qayıtması) olan pasiyentlərdə ürək qapağının təmiri və ya dəyişdirilməsi tələb oluna bilər. MQP diaqnozu fiziki müayinə və exokardioqrafiya ilə qoyulur. Mitral qapağın prolapsı orqanizmə necə təsir göstərir? Mitral qapağın prolapsı orqanizmə zərər verməyə bilər. Ancaq bəzi hallarda, MQP səbəbindən ürək qapağının tayları tam kip bağlanmırsa, bu zaman qanın geriyə qayıtması (və ya sızması) nəticəsində mitral qapağın çatışmazlığı inkişaf edir. Mitral qapağın prolapsı və mitral çatışmazlığı (regurgitasiya, yəni qanın geriyə qayıtması) olan insanlar aşağıdakı ağırlaşmaların inkişafı riski ilə üz-üzədir:
Əgər sizə mitral qapaq prolapsı diaqnozu qoyulubsa, bunun orqanizminizə necə təsir etdiyini öyrənmək üçün həkiminizlə mütləq məsləhətləşin. Həkiminiz sizə prolapsın ağırlıq dərəcəsini bildirəcək, potensial risklər və ağırlaşmalar haqqında ətraflı məlumat verəcək və təqib və müalicə planını sizinlə müzakirə edəcəkdir. |