Mövzu Reytingi:
  • 0 Səs - 0 Ortalama
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Siz körpənizin cinsini nə vaxt və necə öyrəndiniz?
#1
Gələcək körpənizin oğlan və ya qız övladı olduğunu nə vaxt bilmək olar? Bu suala, habelə ultrasəs müayinələri və ya genetik testlərin etibarlılıq dərəcəsi barədə bu məqalədən öyrənə biləcəksiniz.

Körpənizin cinsini nə vaxt və necə öyrənə bilərsiniz?
İlk müsbət hamiləlik testindən sonra, demək olar ki, hər bir gələcək ana qız və ya oğlan övladı ilə hamilə olduğunu öyrənməyə can atır. Qədimlərdən bizə gəlib çatan bəzi miflərə görə, körpənin ürək döyüntülərinin sürəti, hamilə qadının qarının ölçüsü, göbəyin görünüşü və s. bu kimi əlamətlər əsasında körpənin cinsini demək olar.
Bu kimi miflərdən bəziləri diqqət çəksə də (məs., qız uşağı ilə hamilə olan qadınlarda hamiləlik zamanı daha şiddətli ürəkbulanma müşahidə edilir), əksəriyyətinin elmi əsası yoxdur. Körpəsinin cinsini intuisiyaya əsaslanaraq bildiklərinə əmin olan analar belə, 50% hallarda yanılırlar.

Beləliklə, körpənizin cinsini nə vaxt və necə dəqiq öyrənə bilərsiniz? 
Hamiləlik dövründə seçimlər bunlardır.

Cins seçimi ilə IVF (süni mayalanma).
Əgər in vitro mayalanma (IVF) prosesinə qatılmısınızsa, embrionu və ya dölü uşaqlığa implantasiya etməzdən əvvəl (preimplantasiya), onu genetik və ya xromosom anomaliyaları və cinsi baxımından yoxlayırlar. Preimplantasiya zamanı aparılmış genetik test embrionların cinsini ~100% dəqiqliklə təyin edir. Əslində, İVF prosesində siz gələcək körpənizin cinsini seçə bilərsiniz. Ancaq uşaqlığınız daxilinə hər iki cinsdən olan embrionlar yerləşdirilibsə, nəticədə hansının implantasiya olunduğunu bilmək mümkün deyil.

NIPT.
Əgər hamiləliyin 10-cu həftəsindən başlayaraq Daun sindromu və bir sıra digər xromosom anomaliyaların aşkarlanması üçün aparılan qeyri-invaziv prenatal qan analizi (NIPT) ilə körpənizin cinsini öyrənə bilərsiniz. Xromosom anomaliyaları ilə yanaşı həmin analiz zamanı ananın qanında kişi cinsinə məxsus xromosomun parçaları axtarılır və bu, oğlan və ya qız uşağı ilə hamilə olduğunuzu müəyyən etmək üçün istifadə edilir. (Əgər NİPT analizi təyin edilibsə, həkiminizə uşağınızın cinsini bilmək istəyib istəmədiyinizi bildirin.)
Bu test bütün hamilə qadınlarda aparıla bilər və nəticələr bir neçə həftə ərzində bəlli olur. Əgər həkiminiz bu testi sizə təklif etməyibsə, ondan testin təyin olunmasını istəyə bilərsiniz. 

Xorion xovlarının biopsiyası (CVS).
Bəzi qadınlarda körpədə genetik pozuntular və ya xromosom anomaliyalarının olub olmadığını müəyyən etmək üçün xorion xovlarının biopsiyası (CVS) adlı genetik test edilir. Bu test vasitəsilə  həmçinin körpənin cinsini də öyrənə bilərsiniz.
CVS adətən 10-13-cü həftələr arasında aparılır və körpənizin cinsini bir və ya iki gün ərzində sizə deyə bilir. Bu test üçün ciftdən hüceyrələr götürülür və genetik analiz üçün laboratoriyaya göndərilir. Məhz bu genetik məlumatlar əsasında körpənizin cinsi müəyyən edilir.
Genetik və xromosom anomaliyaları riski yüksək olmayan qadınlarda adətən CVS testi təyin edilmir, çünki bu test invazivdir və kiçik olsa da, düşük riski daşıyır.

Amniosentez.
Amniosentez yuxarıda təsvir olunmuş CVS-ə bənzər bir genetik testdir. O, anadangəlmə qüsurları və Daun sindromu kimi xromosom anomaliyalarını aşkar edə bilir.
Prosedur adətən 15-20-ci həftələr arasında aparılır, lakin hamiləliyin daha gec mərhələlərində də edilə bilər. Amniosentiz vasitəsilə körpənizin cinsi bir neçə gün ərzində sizə deyilə bilər. (Amniosentez başqa məqsədlər üçün təyin edilibsə, körpənizin cinsini öyrənib öyrənməmək istəyiniz barədə həkiminizə deyin.)
Amniosentez bütün hamilələrdə aparıla bilər, lakin ümumən bu test yalnız genetik və xromosom anomaliyaları riski yüksək olan qadınlarda təyin olunur. Yuxarıdakı CVS testi kimi, amniosentez də invaziv prosedurdur və kiçik də olsa, düşük riski daşıyır.

Ultrasəs müayinəsi.
Bir çox hamilə qadın, körpənin cinsini bilmək istəyirsə, adətən hamiləliyin 18-22-ci həftələrində edilən ultrasəs müayinəsi zamanı körpəsinin cinsini həkimdən öyrənə bilər. Ultrasəs körpənizin şəkillərini yaratmaq üçün səs dalğalarından istifadə edir və ultrasəs mütəxəssisi körpənizin cinsiyyət orqanlarına baxaraq onun cinsini sizə deyə bilər.
Döldə penis və ya vulva (qadın cinsiyyət orqanı) hamiləliyin 6-cı həftəsindən etibarən formalaşmağa başlasa da, hamiləliyin 14-cü həftəsinədək ultrasəs müayinəsində oğlan və qız körpələr çox oxşar görünür və bu zaman onları ayırd etmək hələ də çətin olur.
Bəzi tədqiqatlar cinsiyyət orqanların birinci trimestrdə görünə biləcəyini bildirsə də, demək olar ki, bütün hallarda ən dəqiq nəticə yalnız hamiləliyin ikinci trimestrində aparılan ultrasəs müayinəsi ilə mümkündür. Hətta ikinci trimestrdə belə körpənin cinsiyyət orqanlarının aydın görüntüsünü əldə etmək çətin ola bilər. Körpəniz, məsələn, ana bətnində elə vəziyyət ala bilər ki, o vəziyyətdə cinsiyyət orqanları sanki “gizlədilmiş” olur.  Belə hallarda, növbəti ultrasəs müayinəsi zamanı “bəxtinizi təkrar sınaya bilərsiniz”.
Təklif edin


Keçid:


Bu mövzunu oxuyan istifadəçilər: 1 Qonaq