21-01-2024, 02:09 PM
(Sonuncu dəfə mesaj redaktə edilib: 21-01-2024, 02:10 PM drnabilseyidov.)
Son həftələrdə infeksion xəstəliklərə görə vaksinasiyaya dail çoxlu suallar alırıq. Həm Burla Xatun mobil tətbiqində, həm də Saglam Uşaq saytında və Videodoktor saytında Uşaqlarda vaksinasiyaya dair çoxlu sayda etibarli məlumatlar var.
Qisaca indi ayrıca mesajda yazacam
İmmunoprofilaktika - yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodudur, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunmuşdur. İmmunoprofilaktika tədbirlərinin görülməsinin tarixi bir neçə əsr əvvələ gedib çıxır.
Peyvəndin olunub-olunmaması ilə bağlı son qərarı körpənin valideyinləri verməlidir. Vaksinasiyadan əvvəl ailə həkiminə və ya pediatra müraciət etmək və müayinədən keçmək məsləhətdir. Yalnız sağlam körpə peyvənd oluna bilər. Peyvənd olunduqdan sonra körpə infeksiyalara yoluxmaqdan qorunmalı, bir müddət digər uşaqlar və böyüklərlə az təmasda olmalı, onun qida rasionundan allergiyaya səbəb ola biləcək qidalar çıxarılmalıdır. Valideynlər peyvənddən sonra baş verə biləcək fəsadlardan məlumatlı olmalı və lazım olduqda pediatra müraciət etməlidirlər. Peyvəndlər təkcə uşağınızı poliomielit, tetanus və difteriya kimi ölümcül xəstəliklərdən qorumur, həm də uşaqdan uşağa keçən təhlükəli xəstəlikləri aradan qaldırmaq və ya əhəmiyyətli dərəcədə azaltmaqla digər uşaqları da təhlükəsiz saxlayır.
Azərbaycanda peyvəndləmə Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzim olunur. Ölkəyə 9 adda vaksin gətirilir ki, bu vaksinlər 11 xəstəliyin qarşısının alınmasında istifadə olunur. Bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və təhlükəsizliyindən əmin olunur. Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, məxmərək, difteriya, tetanus, göyöskürək, xəstəlikləri yox dərəcəsinə qədər azalmışdır. Hazırda Azərbaycanda Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur. Vaksinasiya Milli peyvənd təqviminə əsasən aparılır. Milli peyvənd təqvimi peyvəndlərin aparılmasının müddətini və ardıcıllığını təyin edir. Peyvəndləmənin təqvimə uyğun aparılması vacibdir.
Övladınızın vaksinasiya prosesini uğurla keçməsini istəyirsinizsə, aşağıdakl qaydalara riayət edin.
Vaksinasiya prosesindən əvvəl:

- Vaksinasiya prosesindən öncə övladınızı həkim müayinəsindən keçirərək onun tam sağlam olduğuna əmin olmalısınız.
- Diatezli və allergiyaya meyilli uşaqlara vaksinasiyadan əvvəl 3 gün ərzində həkim tərəfindən uşağınızın yaşına uyğun dozada təyin edilmiş, hər hansı bir desensibilizasiyaedici preparat içirin.
- Dərk edən uşaqlarınızı aldadaraq deyil, başa salaraq vaksinasiyaya gətirin. Təcrübə göstərir ki, aldadılaraq vaksinasiyaya gətirilən uşaqlar iynə vurularkən maksimal dərəcədə müqavimət göstərdikləri və manipulyasiya zamanı tərpəndikləri üçün yerli reaksiyalar onlarda daha çox özünü göstərir.
- Vaksinasiya olunarkən uşağınızın rahat və sakit uzanması və ya oturmasını təmin edin ki, vaksin yeridilərkən iynə tərpənməsin və əlavə yerli reaksiyalara səbəb olmasın.
- Vaksin yeridildikdən sonra onun yerini ovuşdurmayın!
- İnyeksiya yerinə leykoplastr yapışdırılanadək əl dəyilməsinə yol verməyin.
- İnyeksiyadan sonra 3 gün ərzində uşağınızı çimizdirməyin və iynə vurulan nayihəyə su dəyməməsinə çalışın.
- Bədən hərarətinə nəzarət edin. Əgər hərarəti yüksələrsə, həkim ilə əlaqə saxlayın.
- Vaksinasiya zamanı özünü “yaxşı aparan” uşaqlarınızı mükafatlandırmağı da unutmayın. Bu planlı vaksinasiyalar zamanı növbəti dozanı almaq üçün uşağınızın daha həvəslə gəlməsinə və proseduru daha rahat keçirməsinə şərait yaradır.
- İnyeksiya yerində qızartı, şişkinlik, istilik, və bərkimə kimi əlamətlər hiss edən zaman həmin nayihəyə birinci sutka ərzində yod qəfəsi çəkə bilərsiniz. Əlamətlər ikinci gün də davam edərsə, həmin nayihəni 95◦ spirtlə yuyun və 1:1 nisbətində qarışdırılmış məhlul ilə kompres qoyun. Kompresləri 2-4 saatdan bir dəyişin. Qızartı və şişkinlik 5 sm-dən çox olarsa, mütləq həkiminizə müraciət edin.