			<description><![CDATA[Havanın çirklənməsi hər kəs üçün sağlamlıq problemlərinə səbəb ola bilər, lakin ən çox hamilə qadınlar üçün zərərlidir. Araşdırmalara görə, havanın çirklənməsi dölün inkişafının müxtəlif patologiyaları ilə əlaqələndirilir. Bunlara aşağı çəki, vaxtından əvvəl doğuş, autizm riskinin artması, koqnitiv zəifləmə və digər problemlər daxildir. Bu səbəbdən havada olan zərərli maddələrin hamilə qadının orqanizminə təsirini minimuma endirməyə çalışmaq lazımdır.
Havanı çirkləndirən mənbələr hansılardır? 
Havanın keyfiyyətinin qənayət bəxş olmaması havanın çirklənməsinin nəticəsidir. Sənaye və nəqliyyat infrastrukturu inkişaf etmiş böyük şəhərlərdə havanın çirklənməsi adətən daha yüksəkdir. Bütün il boyu hava çirkli olsa da, qışda vəziyyət çox vaxt daha pis olur. Bu, soyuq mövsümdə istilik sistemlərinin aktiv istifadəsinin, həmçinin səhər saatlarında mühərrikin istiləşməsi zamanı sıx işlənmənin nəticəsi ola bilər. Heç kimə sirr deyil ki, bir çox şəhərlərdə şəxsi avtomobillər üçün parkinq düzgün təşkil olunmayıb. Nəticədə səhər saatlarında yaşayış binalarının yaxınlığında dayanmış avtomobillərin mühərriklərində kütləvi şəkildə isinmə müşahidə olunur. Bu, qurğuşun, kükürd dioksidi və azotun, eləcə də yaşayış pəncərələrinin yaxınlığında bir çox digər zərərli maddələrin aktiv şəkildə sərbəst buraxılmasına səbəb olur. 
Hamilə qadınlar nə etməlidir?
 İdeal həll yolu, ümumiyyətlə, çirklənmiş atmosferdə olmamaq, hamiləlik dövründə ən təmiz əraziyə köçmək olardı, lakin bu həmişə mümkün deyil. Bundan əlavə, ən yaxşı ginekoloqlar adətən böyük şəhərlərdə işləyirlər. Evin və ofisin içindəki hava xarici atmosferdən gəlir. Bəzi hallarda qapalı hava açıq havadan daha çox çirklənmiş ola bilər. Uşaq gözləyən qadınlar həm xarici, həm də daxili havanın vəziyyətinə diqqət yetirməlidirlər. Media mənbələri çirklənmə səviyyəsinin artdığını bildirirsə, çölə çıxmamaq, içəridə qalmaq daha yaxşıdır. Eyni zamanda, çirklənmiş havanın otağa daxil olmasının qarşısını almaq üçün pəncərələr bağlı saxlanılmalıdır. Ancaq yadda saxlamaq lazımdır ki, ventilyasiya olmaması hər hansı bir insanın bədəninə də zərər verir, çünki bu vəziyyətdə otaqda oksigen səviyyəsi aşağı düşür və karbon qazının miqdarı artır. 
Bir çox şəhərlərdə açıq havanın çirklənməsinin pik həddi nəqliyyatın intensivliyi ilə əlaqələndirilir və çox vaxt iş gününün sonuna qədər məhdudlaşır. Bu dövrdə qadınların nəqliyyatdan istifadə etməsi son dərəcə arzuolunmazdır, çünki tıxacda ilişmək asandır, orada ilişib qalmış avtomobillərin buraxdığı avtomobil dumanını udmaq olar. Hamilə qadınların kifayət qədər su içməsi də vacibdir. Digər şeylər arasında, bu, bədənin normal fəaliyyətinə kömək edəcək tənəffüs yollarının kifayət qədər nəmləndirilməsini təmin edəcəkdir. Evinizin hava təmizləmə sistemlərinin düzgün işlədiyinə və onların filtrlərinin və digər əvəzedici komponentlərinin mütəmadi olaraq dəyişdirilməsinə əmin olmalısınız. Əvvəllər tənəffüs yolları xəstəliklərindən (astma, xroniki bronxit və s.) əziyyət çəkən qadınlar əlavə risk altındadırlar. Mənfi təzahürlərin risklərini azaltmaq üçün, hamiləliyin planlaşdırılmasından əvvəl, hamiləlik dövründə relapsın qarşısını almaq üçün bir həkimə baş çəkmək və tənəffüs sisteminin vəziyyətini mümkün qədər yaxşılaşdırmaq lazımdır.]]></description>
Havanı çirkləndirən mənbələr hansılardır? 
Hamilə qadınlar nə etməlidir?
			<description><![CDATA[Gələcək körpənizin oğlan və ya qız övladı olduğunu nə vaxt bilmək olar? Bu suala, habelə ultrasəs müayinələri və ya genetik testlərin etibarlılıq dərəcəsi barədə bu məqalədən öyrənə biləcəksiniz.
Körpənizin cinsini nə vaxt və necə öyrənə bilərsiniz?
İlk müsbət hamiləlik testindən sonra, demək olar ki, hər bir gələcək ana qız və ya oğlan övladı ilə hamilə olduğunu öyrənməyə can atır. Qədimlərdən bizə gəlib çatan bəzi miflərə görə, körpənin ürək döyüntülərinin sürəti, hamilə qadının qarının ölçüsü, göbəyin görünüşü və s. bu kimi əlamətlər əsasında körpənin cinsini demək olar.
Bu kimi miflərdən bəziləri diqqət çəksə də (məs., qız uşağı ilə hamilə olan qadınlarda hamiləlik zamanı daha şiddətli ürəkbulanma müşahidə edilir), əksəriyyətinin elmi əsası yoxdur. Körpəsinin cinsini intuisiyaya əsaslanaraq bildiklərinə əmin olan analar belə, 50% hallarda yanılırlar.
Beləliklə, körpənizin cinsini nə vaxt və necə dəqiq öyrənə bilərsiniz? 
Hamiləlik dövründə seçimlər bunlardır.
Cins seçimi ilə IVF (süni mayalanma).
Əgər in vitro mayalanma (IVF) prosesinə qatılmısınızsa, embrionu və ya dölü uşaqlığa implantasiya etməzdən əvvəl (preimplantasiya), onu genetik və ya xromosom anomaliyaları və cinsi baxımından yoxlayırlar. Preimplantasiya zamanı aparılmış genetik test embrionların cinsini ~100% dəqiqliklə təyin edir. Əslində, İVF prosesində siz gələcək körpənizin cinsini seçə bilərsiniz. Ancaq uşaqlığınız daxilinə hər iki cinsdən olan embrionlar yerləşdirilibsə, nəticədə hansının implantasiya olunduğunu bilmək mümkün deyil.
NIPT.
Əgər hamiləliyin 10-cu həftəsindən başlayaraq Daun sindromu və bir sıra digər xromosom anomaliyaların aşkarlanması üçün aparılan qeyri-invaziv prenatal qan analizi (NIPT) ilə körpənizin cinsini öyrənə bilərsiniz. Xromosom anomaliyaları ilə yanaşı həmin analiz zamanı ananın qanında kişi cinsinə məxsus xromosomun parçaları axtarılır və bu, oğlan və ya qız uşağı ilə hamilə olduğunuzu müəyyən etmək üçün istifadə edilir. (Əgər NİPT analizi təyin edilibsə, həkiminizə uşağınızın cinsini bilmək istəyib istəmədiyinizi bildirin.)
Bu test bütün hamilə qadınlarda aparıla bilər və nəticələr bir neçə həftə ərzində bəlli olur. Əgər həkiminiz bu testi sizə təklif etməyibsə, ondan testin təyin olunmasını istəyə bilərsiniz. 
Xorion xovlarının biopsiyası (CVS).
Bəzi qadınlarda körpədə genetik pozuntular və ya xromosom anomaliyalarının olub olmadığını müəyyən etmək üçün xorion xovlarının biopsiyası (CVS) adlı genetik test edilir. Bu test vasitəsilə  həmçinin körpənin cinsini də öyrənə bilərsiniz.
CVS adətən 10-13-cü həftələr arasında aparılır və körpənizin cinsini bir və ya iki gün ərzində sizə deyə bilir. Bu test üçün ciftdən hüceyrələr götürülür və genetik analiz üçün laboratoriyaya göndərilir. Məhz bu genetik məlumatlar əsasında körpənizin cinsi müəyyən edilir.
Genetik və xromosom anomaliyaları riski yüksək olmayan qadınlarda adətən CVS testi təyin edilmir, çünki bu test invazivdir və kiçik olsa da, düşük riski daşıyır.
Amniosentez.
Amniosentez yuxarıda təsvir olunmuş CVS-ə bənzər bir genetik testdir. O, anadangəlmə qüsurları və Daun sindromu kimi xromosom anomaliyalarını aşkar edə bilir.
Prosedur adətən 15-20-ci həftələr arasında aparılır, lakin hamiləliyin daha gec mərhələlərində də edilə bilər. Amniosentiz vasitəsilə körpənizin cinsi bir neçə gün ərzində sizə deyilə bilər. (Amniosentez başqa məqsədlər üçün təyin edilibsə, körpənizin cinsini öyrənib öyrənməmək istəyiniz barədə həkiminizə deyin.)
Amniosentez bütün hamilələrdə aparıla bilər, lakin ümumən bu test yalnız genetik və xromosom anomaliyaları riski yüksək olan qadınlarda təyin olunur. Yuxarıdakı CVS testi kimi, amniosentez də invaziv prosedurdur və kiçik də olsa, düşük riski daşıyır.
Ultrasəs müayinəsi.
Bir çox hamilə qadın, körpənin cinsini bilmək istəyirsə, adətən hamiləliyin 18-22-ci həftələrində edilən ultrasəs müayinəsi zamanı körpəsinin cinsini həkimdən öyrənə bilər. Ultrasəs körpənizin şəkillərini yaratmaq üçün səs dalğalarından istifadə edir və ultrasəs mütəxəssisi körpənizin cinsiyyət orqanlarına baxaraq onun cinsini sizə deyə bilər.
Döldə penis və ya vulva (qadın cinsiyyət orqanı) hamiləliyin 6-cı həftəsindən etibarən formalaşmağa başlasa da, hamiləliyin 14-cü həftəsinədək ultrasəs müayinəsində oğlan və qız körpələr çox oxşar görünür və bu zaman onları ayırd etmək hələ də çətin olur.
Bəzi tədqiqatlar cinsiyyət orqanların birinci trimestrdə görünə biləcəyini bildirsə də, demək olar ki, bütün hallarda ən dəqiq nəticə yalnız hamiləliyin ikinci trimestrində aparılan ultrasəs müayinəsi ilə mümkündür. Hətta ikinci trimestrdə belə körpənin cinsiyyət orqanlarının aydın görüntüsünü əldə etmək çətin ola bilər. Körpəniz, məsələn, ana bətnində elə vəziyyət ala bilər ki, o vəziyyətdə cinsiyyət orqanları sanki “gizlədilmiş” olur.  Belə hallarda, növbəti ultrasəs müayinəsi zamanı “bəxtinizi təkrar sınaya bilərsiniz”.]]></description>
Hamiləlik dövründə seçimlər bunlardır.
Cins seçimi ilə IVF (süni mayalanma).
NIPT.
Xorion xovlarının biopsiyası (CVS).
Amniosentez.
Ultrasəs müayinəsi.
			<description><![CDATA[Hamilə vaxtı  ayaqlarda şişkinliklə necə mübarizə aparmaq olar?
Bu qidalanma ilə bağlıdır, yoxsa hansısa xəstəliklə?]]></description>
			<description><![CDATA[Salam. Menim bir ovladim var. Etrafimda ikinci usaq olsun, biryerde boyusunler deye tezyiq olurdu mene. Ve qizim 5 ayliq olanken men bir gun hekimime zeng etdim. Qeyd edim ki , usaq kesr emeliyyati ile dunyaya gelmisdi ve men sud verirdim hemen erefede ve dusunurdum ki 2 il sud vermeliyem usaqa, ama etrafim meni biraz casdirmisdi tezyiq gostermekle. Ve men hekimime zeng etdim.
Hekimle qisa bir dialoq:
-Salam doktor, men 5 ay once sizde kesr emeliyyati ile usaq dunyaya getirmisem. Men ikinci defe hamile qala bileremmi? Usaq 5 ayliqdir( deye vurquladim yene)
-  Salam, he, elbetde ki, gunu bu gun hamile qala bilersiz ve kesr olmaqinizin burda hecbir qorxusu maneəsi yoxdur
Hekimin adini cekmek istemirem yaxsi hekimdir professor adini alib, taninmisdir. Ama men hekimden basqa cavab gozleyirdim  basqa yanasma basqa destek gozleyirdim. Daha deqiq desek menle maraqlanmağini gozleyirdim ilk once.  maraqlanmali idi menim veziyyetim ile, sud verib vermediyim ile. O bir hekim kimi mene  ilk once menim ve usaqimin saglamliqi onemli olduqunu vurqulamaliydi. Mene hecolmasa bir il gozlemeli olduqumu demeli idi. Cunki hara telesirik? ilk once vacib nedir? ikinci usaq dunyaya getirmek, yox ananin ve birinci usaqun saglamliqi? hem kesr emeliyyati olmusdum hem de sud verirdim usaq da balaca 5 ayinda. Yaxsiki oz ureyimin sesini dinledim usaqa 2 il sud verdim oz saglamliqim da berpa oldu. 
Men dusunurem Hekimler etrafdaki qohumlar kimi uzr isteyirem hamile qal ikinci olsun deye pasiyentleri qizisdirmamalidirlar kobud desem. Pasiyent meslehet ucun muraciet edende pasiyenti duzgun yoneltmelidirler!]]></description>
Hekimle qisa bir dialoq: