Videodoktor forum
Fol turşusu o qədər lazımdır ki? - Çap Edilə Bilən Format

+- Videodoktor forum (https://forum.videodoktor.az)
+-- Forum: Əsas forum (https://forum.videodoktor.az/forumdisplay.php?fid=1)
+--- Forum: Hamiləlik və Reproduktiv sağlamlıq (https://forum.videodoktor.az/forumdisplay.php?fid=2)
+--- Mövzu: Fol turşusu o qədər lazımdır ki? (/showthread.php?tid=1)

Səhifələr: 1 2


Fol turşusu o qədər lazımdır ki? - patient2 - 17-01-2024

Hamiləlik zamanı fol turşusu nə qədər içməliyəm? Mənə bir həkim deyir 1 tab, digər yerdə oxudum 4 mqSad


RE: Fol turşusu o qədər lazımdır ki? - drnabilseyidov - 17-01-2024

Salam.
Hamiləlik dövründə tövsiyə olunan doza 600-800 mkq və ya 0,6-0,8 mq-a qədər yüksəlir. Təbii ki, bəzi qadınların ehtiyacları fərqlidir. Ailə üzvləriniz arasında sinir borusu qüsurları olan varsa, yəqin ki, gündə 4000 mkq (4 mq) fol turşusu qəbul etmək daha yaxşı olar. Hamiləlikdən əvvəl və sonra nə qədər fol turşusuna ehtiyacınızın olduğunu həkiminizlə danışın.
Ata olmağa hazırlaşan kişilər hər gün 400 mkq fol turşusu qəbul etməlidirlər. Bəzən kişilərdə sperma istehsalını artırmaq üçün vitamin B9 ilə yanaşı E vitamini də təyin edilir.


RE: Fol turşusu o qədər lazımdır ki? - Kazimova - 17-01-2024

salam. fol tursusu hansi qidalarda zengindi?


RE: Fol turşusu o qədər lazımdır ki? - Sevda1 - 17-01-2024

Normada fol turşusu insanın bədənində nə qədər olmalıdır?


RE: Fol turşusu o qədər lazımdır ki? - lauraq_info - 17-01-2024

Salam. Fol turshusu qebulunun eks-tesiri var?


RE: Fol turşusu o qədər lazımdır ki? - afet_mammadova0805 - 17-01-2024

Fol turşusunun hamiləlik zamanı təsir mexanizmi nədir?


RE: Fol turşusu o qədər lazımdır ki? - ilhama - 17-01-2024

salam Hamilə qadınlara fol turşusunun qəbulu  çox vacibdir: erkən doğuş və anadangəlmə inkişaf qusurlarının qarşısını alır. Həkimim tövsiyə edir.


RE: Fol turşusu o qədər lazımdır ki? - Mammadova_Lala - 17-01-2024

Bədəndə kifayət qədər fol turşusu olmadığını necə başa düşmək olar?


Ovulyasiya kalkulyatoru - drnabilseyidov - 20-01-2024

Burla Xatun mobil tətbiqində yeni məqalə dərc olunub. Ümid edirem ki, faydalı olacaqdır hamı üçün. Məqalə - ovulyasiya kalkulyatoru və hamilə qalmaq üçün ən optimal günlərin hesablanmasına aiddir.


RE: Fol turşusu o qədər lazımdır ki? - mara - 20-01-2024

Maraqlı mövzudu