Xoş gəlmisiniz, Qonaq

Forumları Axtar

(Ətraflı Axtarış)

Forum Statistikası
» Üzvlər: 177
» Ən son üzv: ranaamirova
» Forum mövzuları: 40
» Forum göndərişləri: 82

Tam Statistika

Onlayn İstifadəçilər
Hazırda 2 onlayn istifadəçi var.
» 0 Üzv | 1 Qonaq
Google

Ən son mövzular
Panik pozuntu hamiləlikdə
Forum: Hamiləlik və Reproduktiv sağlamlıq
Sonuncu Gönderi: patient2
03-01-2025, 08:58 AM
» Cavablar: 0
» Baxışlar: 164
Ətraf mühit və uşaqların ...
Forum: Uşaq sağlamlığı
Sonuncu Gönderi: sevilqemerli
18-12-2024, 12:20 PM
» Cavablar: 0
» Baxışlar: 155
Hamilə qadının havanın çi...
Forum: Hamiləlik və Reproduktiv sağlamlıq
Sonuncu Gönderi: patient2
04-12-2024, 11:13 AM
» Cavablar: 1
» Baxışlar: 281
Hamiləliyin planlaşdırılm...
Forum: Hamiləlik və Reproduktiv sağlamlıq
Sonuncu Gönderi: sevilqemerli
18-07-2024, 07:30 AM
» Cavablar: 2
» Baxışlar: 325
Siz körpənizin cinsini nə...
Forum: Hamiləlik və Reproduktiv sağlamlıq
Sonuncu Gönderi: drnabilseyidov
11-06-2024, 05:05 PM
» Cavablar: 0
» Baxışlar: 191
Kim mitral qapaq prolapsı...
Forum: Uşaq sağlamlığı
Sonuncu Gönderi: drnabilseyidov
11-06-2024, 05:04 PM
» Cavablar: 0
» Baxışlar: 181
ayaqlarda şişkinlik
Forum: Hamiləlik və Reproduktiv sağlamlıq
Sonuncu Gönderi: lauraq_info
30-03-2024, 04:06 PM
» Cavablar: 0
» Baxışlar: 220
Rotavirus
Forum: Uşaq sağlamlığı
Sonuncu Gönderi: Matanat
29-03-2024, 08:16 AM
» Cavablar: 0
» Baxışlar: 189
Ani temperatur dəyişliklə...
Forum: Uşaq sağlamlığı
Sonuncu Gönderi: nigarabdullayeva
29-03-2024, 07:40 AM
» Cavablar: 0
» Baxışlar: 160
Mensturasiya gecikmələri
Forum: Qadın sağlamlığı
Sonuncu Gönderi: ulkercavadova
29-03-2024, 07:33 AM
» Cavablar: 0
» Baxışlar: 145

 
  Ana südünün əhəmiyyəti
Tərəfindən göndərilmişdir: DOKPERVIN - 26-01-2024, 07:56 AM - Forum: Uşaq sağlamlığı - Cavab yoxdur

Ana südünün əhəmiyyəti

Bu məqaləni çap et

  Uşağın Cinsiyyəti ƏN TEZ Nə Vaxt Bilinir?
Tərəfindən göndərilmişdir: DOKPERVIN - 23-01-2024, 03:05 PM - Forum: Hamiləlik və Reproduktiv sağlamlıq - Cavablar (1)

Uşağın Cinsiyyəti ƏN TEZ Nə Vaxt Bilinir? 

Bu məqaləni çap et

  Suda doğum nədir? Suda doğuşun mənfi və müsbət cəhəti
Tərəfindən göndərilmişdir: DOKPERVIN - 23-01-2024, 02:55 PM - Forum: Hamiləlik və Reproduktiv sağlamlıq - Cavab yoxdur

Suda doğum nədir? Suda doğuşun mənfi və müsbət cəhəti

Bu məqaləni çap et

  Hamilələr və fiziki aktivlik
Tərəfindən göndərilmişdir: lauraq_info - 23-01-2024, 12:14 PM - Forum: Qadın sağlamlığı - Cavablar (2)

Hamilələr və fiziki aktivlik

Hamilələr gün ərzində fiziki aktivliyə nə qədər vaxt ayırmalıdır?
Onlara hansı fiziki aktivlik hərkətləri tövsiyə olunur?

Bu məqaləni çap et

  Hamilələrin qidalanması
Tərəfindən göndərilmişdir: alsu_info - 23-01-2024, 12:04 PM - Forum: Qadın sağlamlığı - Cavablar (2)

Hamilələrin qidalanması

Bu məqaləni çap et

  Ultra səs müayineəsi və hamiləlik həftəsinin uyğun gəlməməsi barəsində
Tərəfindən göndərilmişdir: Letafet - 23-01-2024, 10:57 AM - Forum: Qadın sağlamlığı - Cavablar (1)

Salam mən 4 aylıq hamiləyəm. Bu gün UZİ həkiminə müayinəyə getdim. Ultrasəs müayinəsində hamiləlik həftəm 18+2 görünür amma öz hesablamağıma görə 17+5 olmalıyam. Həkim mənə dedi ki, hər şey yolundadı. Uşaq normal inkişaf edir. Lakin ilk hamiləliyim olduğu üçün anlamadığım odur kı mən UZİ nəticəsini əsas götürməliyəmmi yoxsa menstruasiyaya uyğun hesabladığım həftəni əsas götürməliyəm ?

Bu məqaləni çap et

  Vaksinasiya !
Tərəfindən göndərilmişdir: drnabilseyidov - 21-01-2024, 02:09 PM - Forum: Uşaq sağlamlığı - Cavablar (6)

Son həftələrdə infeksion xəstəliklərə görə vaksinasiyaya dail çoxlu suallar alırıq. Həm Burla Xatun mobil tətbiqində, həm də Saglam Uşaq saytında və Videodoktor saytında Uşaqlarda vaksinasiyaya dair çoxlu sayda etibarli məlumatlar var. 

Qisaca indi ayrıca mesajda yazacam


İmmunoprofilaktika - yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodudur, əhalinin sağlamlığının qorunması məqsədilə həyata keçirilir. Bütün dünyada peyvəndlərin yoluxucu infeksiyaları və onların fəsadlarını aradan qaldıran əvəzolunmaz vasitə olduğu fikri qəbul olunmuşdur. İmmunoprofilaktika tədbirlərinin görülməsinin tarixi bir neçə əsr əvvələ gedib çıxır. 
Peyvəndin olunub-olunmaması ilə bağlı son qərarı körpənin valideyinləri verməlidir. Vaksinasiyadan əvvəl ailə həkiminə və ya pediatra müraciət etmək və müayinədən keçmək məsləhətdir. Yalnız sağlam körpə peyvənd oluna bilər. Peyvənd olunduqdan sonra körpə infeksiyalara yoluxmaqdan qorunmalı, bir müddət digər uşaqlar və böyüklərlə az təmasda olmalı, onun qida rasionundan allergiyaya səbəb ola biləcək qidalar çıxarılmalıdır. Valideynlər peyvənddən sonra baş verə biləcək fəsadlardan məlumatlı olmalı və lazım olduqda pediatra müraciət etməlidirlər. Peyvəndlər təkcə uşağınızı poliomielit, tetanus və difteriya kimi ölümcül xəstəliklərdən qorumur, həm də uşaqdan uşağa keçən təhlükəli xəstəlikləri aradan qaldırmaq və ya əhəmiyyətli dərəcədə azaltmaqla digər uşaqları da təhlükəsiz saxlayır.
Azərbaycanda peyvəndləmə Səhiyyə Nazirliyinin müvafiq əmr və təlimatları ilə tənzim olunur. Ölkəyə 9 adda vaksin gətirilir ki, bu vaksinlər 11 xəstəliyin qarşısının alınmasında istifadə olunur. Bütün peyvənd materialları Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzində müayinədən keçirilir və təhlükəsizliyindən əmin olunur. Peyvəndlərin aparılması nəticəsində ölkəmizdə poliomielit xəstəliyi ləğv edilmiş, məxmərək, difteriya, tetanus, göyöskürək, xəstəlikləri yox dərəcəsinə qədər azalmışdır. Hazırda Azərbaycanda Hepatit B, vərəm, tetanus, poliomielit, difteriya, göy öskürək, B tipli hemofil infeksiya, məxmərək, qızılca, parotit xəstəliklərinə qarşı peyvəndlər mövcuddur. Vaksinasiya Milli peyvənd təqviminə əsasən aparılır. Milli peyvənd təqvimi peyvəndlərin aparılmasının müddətini və ardıcıllığını təyin edir. Peyvəndləmənin təqvimə uyğun aparılması vacibdir.

Övladınızın vaksinasiya prosesini uğurla keçməsini istəyirsinizsə, aşağıdakl qaydalara riayət edin.
Vaksinasiya prosesindən əvvəl:
  • Vaksinasiya prosesindən öncə övladınızı həkim müayinəsindən keçirərək onun tam sağlam olduğuna əmin olmalısınız.
  • Diatezli və allergiyaya meyilli uşaqlara vaksinasiyadan əvvəl 3 gün ərzində həkim tərəfindən uşağınızın yaşına uyğun dozada təyin edilmiş, hər hansı bir desensibilizasiyaedici preparat içirin.
  • Dərk edən uşaqlarınızı aldadaraq deyil, başa salaraq vaksinasiyaya gətirin. Təcrübə göstərir ki, aldadılaraq vaksinasiyaya gətirilən uşaqlar iynə vurularkən maksimal dərəcədə müqavimət göstərdikləri və manipulyasiya zamanı tərpəndikləri üçün yerli reaksiyalar onlarda daha çox özünü göstərir.
Vaksinasiya prosesi zamanı;
  • Vaksinasiya olunarkən uşağınızın rahat və sakit uzanması və ya oturmasını təmin edin ki, vaksin yeridilərkən iynə tərpənməsin və əlavə yerli reaksiyalara səbəb olmasın.
  • Vaksin yeridildikdən sonra onun yerini ovuşdurmayın!
  • İnyeksiya yerinə leykoplastr yapışdırılanadək əl dəyilməsinə yol verməyin.
Vaksinasiya prosesindən sonra;
  • İnyeksiyadan sonra 3 gün ərzində uşağınızı çimizdirməyin və iynə vurulan nayihəyə su dəyməməsinə çalışın.
  • Bədən hərarətinə nəzarət edin. Əgər hərarəti yüksələrsə, həkim ilə əlaqə saxlayın.
  • Vaksinasiya zamanı özünü “yaxşı aparan” uşaqlarınızı mükafatlandırmağı da unutmayın. Bu planlı vaksinasiyalar zamanı növbəti dozanı almaq üçün uşağınızın daha həvəslə gəlməsinə və proseduru daha rahat keçirməsinə şərait yaradır.
  • İnyeksiya yerində qızartı, şişkinlik, istilik, və bərkimə kimi əlamətlər hiss edən zaman həmin nayihəyə birinci sutka ərzində yod qəfəsi çəkə bilərsiniz. Əlamətlər ikinci gün də davam edərsə, həmin nayihəni 95◦ spirtlə yuyun və 1:1 nisbətində qarışdırılmış məhlul ilə kompres qoyun. Kompresləri 2-4 saatdan bir dəyişin. Qızartı və şişkinlik 5 sm-dən çox olarsa, mütləq həkiminizə müraciət edin.

Bu məqaləni çap et

  Qeysəriyyə yoxsa Təbii doğuş? Hansını seçim
Tərəfindən göndərilmişdir: patient2 - 17-01-2024, 09:17 AM - Forum: Hamiləlik və Reproduktiv sağlamlıq - Cavablar (6)

Rəfiqəm 8 aylıq hamilədir. Hamı bir ucdan deyir ki, kesarka ele vessalam. Amma men bilirem ki, tebii dogush hamisindan yaxshidir ve eger anada bashga ciddi problemler yoxdursa, tebii dogush hem tovsiyedir hem de en yaxshisidir. Siz ne dushunursunuz, xanimlar? Duz demirem?

Bu məqaləni çap et

  Niyə məktəblərdə reproduktiv sağlamlıq öyrədilmir?
Tərəfindən göndərilmişdir: patient2 - 17-01-2024, 08:15 AM - Forum: Hamiləlik və Reproduktiv sağlamlıq - Cavablar (5)

Reproduktiv sağlamlıq problemlərini bilmək bir çox qadın xəstəliklərinin qarşısının alınması və sağlam uşaqların doğulması üçün çox vacibdir. Kaş ki, məktəblərdə bu məsələyə daha çox diqqət yetirilsin.

Bu məqaləni çap et

  Fol turşusu o qədər lazımdır ki?
Tərəfindən göndərilmişdir: patient2 - 17-01-2024, 07:07 AM - Forum: Hamiləlik və Reproduktiv sağlamlıq - Cavablar (10)

Hamiləlik zamanı fol turşusu nə qədər içməliyəm? Mənə bir həkim deyir 1 tab, digər yerdə oxudum 4 mqSad

Bu məqaləni çap et